2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 8 milyard 611 milyon 840 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, bu, ötən ilin analoji dövrünə nisbətən 4 milyard 413 milyon 295 min dollar çoxdur. Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 895 milyon 882 min dollardır.