2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan MDB ölkələrinə 861 milyon 217 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, bu ötən ilin analoji dövrünə nisbətən 145 milyon 914 min dollar çoxdur. MDB ölkələrindən Azərbaycanın idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 278 milyon 962 min dollardır.