logo

Polşada “Made in Azerbaijan” brendinin təqdimatı olacaq

23:11 22-11-2018 | icon 3115
Polşada “Made in Azerbaijan” brendinin təqdimatı olacaq

Dekabrın 6-da Polşanın paytaxtı Varşavada "Azərbaycan Ticarət Evi" açılacaq.

YeniAvropa xəbər verir  ki, prezident İlham Əliyevin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış "Azərbaycan Ticarət Evi" "Made in Azerbaijan" brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Polşada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Xatırladaq ki, Avropada ilk “Azərbaycan Ticarət Evi” bu ilin iyulunda Latviyanın paytaxtı Riqada fəaliyyətə başlayıb.