Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildiriblər ki, respublika ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 23-ü axşamdan 24-ü gündüzədək Abşeron yarımadasında qısa müddət ərzində atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.