Azərbaycanın Seuldakı səfirliyi və Koreya Fondunun birgə təşkilatçılığı və “Azərxalça” ASC-nin dəstəyi ilə Azərbaycan xalçalarının Cənubi Koreyada ilk sərgisi açılacaq.
Səfirlikdən YeniAvropa-ya bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan mirvariləri - xalçalar” adlı sərgi noyabrın 26-dan dekabrın 19-dək davam edəcək.