logo

Kür çayında icazəsiz balıq ovlayan şəxs saxlanılıb

18:15 22-11-2018 | icon 2562
Kür çayında icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, araşdırma zamanı brakonyerin rayon sakini Rövşən Salmanov olduğu müəyyənləşib. Brakonyerdən ovladığı balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq R.Salmanov barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.