logo

Aİ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 milyon avro yardım ayıracaq

13:51 22-11-2018 | icon 2989
Aİ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 milyon avro yardım ayıracaq

Avropa İttifaqı (Aİ) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 milyon avro məbləğində yardım ayıracaq.

YeniAvropa xəbər verir  ki,  bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib.

K.Jankauskas deyib: "Avropa İttifaqının Azərbaycana ayırdığı vəsaitlər üzrə prioritet sahələr təhsil, o cümlədən peşə təhsili, kənd yerləri əraziləri və kənd təsərrüfatının inkişafıdır. İndiyədək KOBİA-nın yaradılmasına, eləcə də bu sahədə qanunun qəbul edilməsinə dəstək vermişik. Həmçinin agentliyə 1 milyon avro yardım göstərəcəyik”.