Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 137 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.