Bakıda IX Azərbaycan mikromaliyyə konfransı keçirilir
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 22-də Bakıda ikigünlük "Dayanıqlı inkişaf üçün potensialları reallaşdıraq" adlı IX Azərbaycan mikromaliyyə konfransı işə başlayıb. Konfrans çərçivəsində “Azərbaycan regionlarında dayanıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin rəsmi təqdimatı olub.
YeniAvropa xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, mikromaliyyələşməyə dəstək verilməsi qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyasının təmin edilməsində böyük rolu olan kiçik və orta sahibkarların inkişafı üçün çox önəmlidir. Bildirib ki, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlığın, mikro biznesin, ailə təsərrüfatlarının maliyyə resurslarına tələbatın ödənilməsində bank olmayan kredit təşkilatları xüsusi yer tutur. Cari ilin sentyabrın sonuna mikromaliyyə məhsullarının həcmi 273 milyon dollar təşkil edib ki, bundan da 178,928 müştəri istifadə edir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə davamlı olaraq institusional islahatların həyata keçirildiyini, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında bu islahatların böyük rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanda mikromaliyyə institutu mövcuddur və inkişaf edir. Bu institutun inkişafında Azərbaycan Mikromaliyyə Assosiasiyasının rolu böyükdür. Kiçik və orta sahibkarlığın inkişafı prioritet sahələrdəndir.:
Konfrans “Mikromaliyyə: böhrandan öyrənilmiş dərslər”, “Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı?”, “Dayanıqlı mikrosahibkarlığının inkişafının sürətləndirilməsi”, “Tənzimləyici orqanlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər”, “Bank və qeyri-bank sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma” mövzusunda sessiyalarla davam edəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb