logo

“Azəri-Çıraq-Günəşli”dən  bu vaxtadək 3,5 milyard barrel neft hasil edilib

15:49 21-11-2018 | icon 3157
“Azəri-Çıraq-Günəşli”dən  bu vaxtadək 3,5 milyard barrel neft hasil edilib

 Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ümumi neft hasilatı 3,5 milyard barrelə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edək ki, bu ilin 3 rübündə AÇG üzrə fəaliyyətlərə təqribən 367 milyon dollar əməliyyat məsrəfləri və 825 milyon dollar əsaslı məsrəflər xərclənib. Doqquz ayda AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, hasilat gündəlik orta hesabla 588 min barrel olmaqla ümumilikdə təqribən 161 milyon barrel, yəni 22 milyon ton olub. Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu, 53 qaz və su injektor quyusu istismarda olub. Üç rüb ərzində AÇG-də 5 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.