Prezidentin sərəncamı ilə ötən həftə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunun Abel Məhərrəmov mövzusu ölkə gündəmini zəbt etməkdədir.
YeniAvropa xəbər verir ki, “Unikal.org” 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış A. Məhərrəmovun Azərbaycanda dəyəri milyonlarla ölçülən mülkləri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, eks-rektor hələlik geniş ictimaiyətə məlum olan 6 villaya sahibdir. Bundan əlavə, o, paytaxtın məşhur rayonlarında bir neçə bahalı mənzillərə, eləcə də külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq sarayları şəbəkəsinə malikdir:
Binəqədidə Varovski deyilən ərazidə 2 villa;
Quba rayonunda – 1 villa;
Xızı rayonunda – 1 villa;
Nabranda – 1 villa - istirahət mərkəzi;
Şüvəlan qəsəbəsində – 1 villa;
Mərdəkan qəsəbəsində – 1 villa;
Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villa;
Nərimanov rayonunda yerləşən – “Monaliza” şadlıq sarayı;
8 mikrorayonda restoran.
Bununla belə, Abel Məhərrəmovun paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.