9 ayda 130 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib
Cari ilin yanvar-sentyabr aylarında narkotiklərlə əlaqədar cinayətlər törətmiş 67 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib, 117,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz dövriyyədən 960 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, habelə 3 kiloqramdan çox sintetik tərkibli psixoaktiv maddələr çıxarılıb. Narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərlə 132 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
YeniAvropa xəbər verir ki, bu sözləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov noyabrın 20-də Daxili İşlər Nazirliyində (DİN) “Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi”nin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı bildirib.
Kollegiya iclasında çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını açaraq, müzakirəyə çıxarılan məsələlərin aktual olduğunu və əməliyyat-xidməti fəaliyyətdə mühüm əhəmiyyət kəsb etdiyini xatırladıb. Nazir vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan prezidenti İlham Əliyevin daim xüsusi diqqətində və nəzarətində olduğunu, məhz dövlətimizin başçısının tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, problemlərini şəxsən dinlədiklərini vurğulayıb.
Gündəlikdəki birinci məsələ ilə bağlı DİN katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev məruzə ilə çıxış edib. O bildirib ki, cari ilin doqquz ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 23,7 faiz, nazirliyə daxil olan şikayətlərin sayı 17,7 faiz, o cümlədən təkrar şikayətlərin sayı 25,7 faiz azalıb. Ümumilikdə 55 şəhər və rayonun sakinlərindən polis əməkdaşları barədə daxil olan şikayətlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Həmin dövrdə nazirliyə 2 minə yaxın həm fərdi, həm də kollektiv minnətdarlıq məktubları daxil olub.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov gündəlikdəki ikinci məsələ barədə məruzə edərək bildirib ki, respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə nazirlik tərəfindən böyük önəm verilir və davamlı tədbirlər görülür. Yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında təkcə cari ilin doqquz ayında 78 şəhər və rayonda 695 görüş keçirilib. Bu tədbirlərin yarıdan çoxunda polis rəisləri digər hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələri ilə birlikdə iştirak ediblər.
Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülmüş işləri, əldə olunmuş nəticələri qeyd etməklə yanaşı, fəaliyyətdə buraxılan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələ üzrə fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu vurğulayıb. Nazir qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Ramil Usubov “Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli Sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini tələb edib. Nazir, həmçinin güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasının, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin, eləcə də yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb