Cari ildə avtoqəzalar nəticəsində 585 nəfər həlak olub, 1383 nəfər yaralanıb
Bu ilin on ayı ərzində baş verən 1432 yol-nəqliyyat hadisəsi nəticəsində 585 nəfər həlak olub, 1383 nəfər yaralanıb. Ötən ilin müvafiq dövründə isə 1499 hadisə nəticəsində 618 nəfər həlak olub, 1406 nəfər isə xəsarət alıb. Beləliklə, ötən illə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb.
YeniAvropa xəbər verir ki, bu haqda Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.
“DYP olaraq bildiririk ki, bu rəqəmlər də çoxdur və hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir. Respublika ərazisində xidmət aparan yol polisi əməkdaşlarının bilik və bacarıqları, hadisələrə çevik reaksiyaları, vətəndaş-polis münasibətinin xüsusi texniki vasitələrin köməyi ilə minimuma endirilməsi müsbət nəticələr verməkdədir. Ancaq təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da ağır qəzalara səbəb olur",-deyə Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir. Bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir:"Bu ilin on ayı ərzində inzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb. Piyadaların hərəkətinə nəzarət etmək üçün əməkdaşların sayı artırılıb".
Rüfət Quliyev bildirib ki, yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır. "Təəssüf ki, hər gün xüsusi texniki vasitələrin köməyi ilə 3-4 mindən artıq qayda pozuntusu aşkarlanır. Burada sürət həddinin aşılması çoxluq təşkil edir. Yol polisi ümumilikdə yol qəzaları qurbanlarının xatirəsini dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğun mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol-nəqliyyat hadisəsi əsl faciədir”, - deyə DYP nümayəndəsi bildirib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb