Şəmkirdə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy rayon sakini Vüsal Məmmədov saxlanılıb. Onun üzərində axtarış aparılarkən 12 qramdan çox marixuana aşkarlanıb.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Şəmkirdəki evindən isə əlavə olaraq çəkisi 2 kiloqram 156 qrama yaxın marixuana da götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.