Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərində dördmərtəbəli binada partlayış baş verib. Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də qeydə alınıb.
Partlayış nəticəsində binanın bloklarından biri hissəvi olaraq çöküb. Bir nəfərin öldüyü və daha bir nəfərin yaralandığı bildirilir
FHN-dən YeniAvropa-ya bildiriblər ki, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri dərhal həmin ünvana cəlb olunub. Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, üç girişdən ibarət binanın birinci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Əlavə məlumat veriləcək.