Cari ilin yanvar-oktyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 835 milyon 782,8 min ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1 faiz olub.
YeniAvropa xəbər verir ki, bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 449 milyon 789,4 min dollar dəyərində məhsul idxal edib. Bu da illik müqayisədə 8,6 faiz çoxdur. Azərbaycan Gürcüstanın ümumi idxalında 6 faiz paya sahib olub.
Cari ilin 10 ayında Gürcüstandan Azərbaycana 385 milyon 993,3 min dollar məbləğində mal ixrac olunub. Yanvar-oktyabr aylarında Gürcüstanın ən çox ticarət dövriyyəsi Türkiyə, Rusiya və Çin ilə olub. İlin yanvar-oktyabr ayları ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 10 milyard 305,9 milyon dollar təşkil edib.