Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı memorandum imzalayıblar
Noyabrın 19-da Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi Rusiya Jurnalistlər İttifaqının ölkəmizdə səfərdə olan sədri Vladimir Solovyov və MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov imzalayıblar.
Tədbirdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, imzalanan memorandumun əhəmiyyətindən söz açıb.
V.Solovyov memorandumun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini bildirib.
Sənəddə qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək və digər məsələlər öz əksini tapıb.