Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Türk axını” (“TurkStream”) təbii qaz boru kəməri layihəsinin dənizdən hissəsinin tamamlanması ilə əlaqədar keçirilən mərasimdə iştirak üçün Türkiyəyə səfər edib.
Energetika Nazirliyindən YeniAvropa-ya bu gün İstanbulda keçiriləcək mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə, yanaşı bir sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.
Ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qoşa xəttin tikintisini və kəmərlərin hər biri ilə 15,75 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanması planlaşdırılır.