logo

Bakı-Küveyt aviareysi açılır

14:27 19-11-2018 | icon 2940
Bakı-Küveyt aviareysi açılır

Gələn aydan  "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, dekabrın 22-dən etibarən  J2-119/J2-120 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq.

Xatırladaq ki, "AZAL" indiyədək Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yeriinə yetirib.