logo

Gələn ildən Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

13:29 19-11-2018 | icon 2849
Gələn ildən Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına 2019-cu ilin I rübündə başlanması nəzərdə tutulur.

YeniAvropa "BELTA" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Azərbaycan və Belarus arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasından əvvəl jurnalistlərə müsahibəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev söyləyib.

X.Fətiyev qeyd edib ki, Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılması üzrə zavodun tikintisi başa çatmaq üzrədir. “Gələn ilin birinci rübünün sonunadək bu müəssisədə ilk traktorların yığılmasını nəzərdə tuturuq”, -deyə o əlavə edib.

Türkiyədəki zavodun konveyerindən 5 minə qədər traktorun buraxılması nəzərdə tutulur. İlkin mərhələdə layihənin istehsal gücü 2,5 min ədəd miqdarında yerinə yetiriləcək. Gəncə avtomobil zavodu Hökumətlərarası komissiyanın iclasının yekunlarına dair Belarus müəssisələri ilə üç müqavilə imzalayıb. Xüsusən, MTZ traktor komplektlərinin min ədədinin tədarükü ilə bağlı razılıq əldə edilib ki, onların da 300-nün cari ilin sonunadək göndərilməsi nəzərdə tutulur. “Qomselmaş” ASC ilə 30 kombaynın tədarükünə dair müqavilə də bağlanılıb. 2019-cu ildə Azərbaycan müəssisəsində Belarus kombaynlarının istehsalına başlamaq planlaşdırılır. Minsk avtomobil zavodu ilə imzalanmış müqaviləyə görə, Azərbaycana Bakı aeroportu üçün avtobusların maşın komplektləri də göndəriləcək.