Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev QHT-lər üçün ictimai dinləmə keçirəcək.
YeniAvropa xəbər verir ki, Şuranın İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud məlumat verib.
Onun sözlərinə görə, Şura sədri toplantıda rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlərinin keyfiyyətini və QHT-lərin hesabatlılıq vəziyyətini müzakirə edəcək.
Toplantıya QHT sədrləri və layihə rəhbərləri dəvət olunublar.
Tədbir "Hilton" hotelində saat 11:00-da baş tutacaq.