logo

Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı

12:17 18-11-2018 | icon 2457
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Uzun müddətdir Türkiyədəki "Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov  Azərbaycana qayıdıb. YeniAvropa xəbər verir  ki, sabiq nazirin qohumlarının mətbuata verdiyi məlumata görə, F.Məmmədov Azərbaycana qayıdan kimi,  ötən gün, elə gecə ilə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Məlumatda qeyd edilib ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər.

Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub.
Əldə olunan daha bir məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.
Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. 
Qeyd edək ki, müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur "Çırağan Palace”da da dincəlib.
 Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki növə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu,adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.