logo

Sabah da Xətai rayonuna içməli suyun verilişi məhdudlaşdırılacaq

20:13 17-11-2018 | icon 2436
Sabah da Xətai rayonuna içməli suyun verilişi məhdudlaşdırılacaq

Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə aradan qaldırılıb. Amma buna baxmayaraq, sabah da sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə  "Azərsu" ASC-dən bildirilib. 

Qeyd edilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq:

"Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq",-deyə məlumatda qeyd edilib.