logo

Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard m3 təbii qaz ötürülüb

13:15 17-11-2018 | icon 3066
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard m3 təbii qaz ötürülüb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 18 milyard 662,1 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, on ayda qaz nəqlinin 35,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 6 milyard 624,4 milyon kubmetr təbii qaz göndərilib.