On ayda dövlət büdcəsinin gəlirləri 18,1 milyard manat, xərcləri 17,8 milyard manat olub
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 18,1 milyard manat, xərcləri 17,8 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildiriblər ki, büdcənin icrasında 427,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,7 faizi qədər profisit yaranıb.