logo

Cari ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 28,2 milyon ton neft göndərilib

11:59 17-11-2018 | icon 2940
Cari ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 28,2 milyon ton neft göndərilib

Bu ilin 10 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 34 milyon 634,6 min ton neft nəql olunub. YeniAvropa xəbər verir  ki,  bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, nəqletmənin 81,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 28 milyon 256,9 min ton neft ötürülüb. On ayda BTC ilə 5 milyon 465,4 min ton tranzit nefti də nəql edilib.