Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 32 milyon 248,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 24 milyard 971,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 15 milyard 587,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd edilib ki, 10 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 29,3 milyard manat olmaqla əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 0,1 faiz azalıb.
Ölkədə neft istehsalı 0,1 faiz, qaz hasilatı isə 3,5 faiz artıb.