logo

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir

11:41 17-11-2018 | icon 2653
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir

Noyabrın 17-də Bakıda “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilir.

YeniAvropa xəbər verir  ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Azərbaycandakı səfirliklərin nümayəndələri iştirak edirlər.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransı açaraq Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyətləri ilə bağlı müvafiq dövlət qurumlarının araşdırmalarının dinləniləcəyini bildirib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev konfransda çıxış edərək ermənilərin işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlərinin nəticələri barədə məlumat verib.‎