logo

Yeraltı qaz anbarlarına 3,1 milyard m3 təbii qaz vurulub

19:29 16-11-2018 | icon 3150
Yeraltı qaz anbarlarına 3,1 milyard m3 təbii qaz vurulub

Cari ildə yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub.

YeniAvropa xəbər verir  ki,  bu barədə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov noyabrın 16-da “Azəriqaz” İstehsalat Birliyində 2018-ci ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər və payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.

SOCAR rəsmisi qazın yığılması və nəqli istiqamətində görülən işlər barədə məlumat verərək deyib: “Azərbaycanda bütün qaz infrastrukturu təmir olunub. Hasilat səviyyəsinin yüksəlməsi fonunda qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib. Bu da qış fəslində əhalinin qazla təminatının fasiləsiz olaraq həyata keçirilməsinə əsas yaradır”.

O deyib: “Hazırda əhalinin istehlakına verilən gündəlik təbii qazın 15 milyon kubmetri məhz yeraltı qaz anbarlarından götürülür. Noyabrın əvvəlindən indiyədək yeraltı qaz anbarlarından 109 milyon kubmetr qaz istehlaka yönəldilib. Hazırda respublikada əhali sektoru üzrə təbii qaz istehlakı sutkada 20 milyon kubmetrdir. Bunun da 10,2 milyon kubmetri Bakının, 9,8 milyon kubmetri isə regionların payına düşür”.