logo

Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək

22:43 15-11-2018 | icon 2702
Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək

Dekabrın 4-də  Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək .

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib. Qeyd edilib ki, Assambleyanın keçirilməsi barədə qərar noyabrın 15-də təşkil olunan Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin iclasında  müzakirələrdən sonra qəbul edilib.

Görüşdə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti, beynəlxalq ekspert Akos Niklai iştirak edib.

Bildirilib ki, Birinci Baş Assambleyanın məqsədi hotelçilik sənayesi mütəxəssislərini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotel Assosiasiyasının strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında məlumat verməkdir. Assambleyada Azərbaycanda tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi də təqdim ediləcək.

Baş Assambleya hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq və mövcud çatışmazlıqları müzakirə etmək üçün platforma rolunu oynayacaq.

Qeyd edək ki, bundan öncə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşərək, Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.