logo

Azərbaycan-Ukrayna  ticarət dövriyyəsi 620 milyon dollara yaxınlaşıb

20:33 15-11-2018 | icon 2849
Azərbaycan-Ukrayna  ticarət dövriyyəsi 620 milyon dollara yaxınlaşıb

2018-ci ilin 10 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 616 milyon dolları ötüb.

YeniAvropa xəbər verir  ki, bu barədə  Ukrayna Dövlət Statistika Komitəsi məlumat  yayıb.

Məlumata görə, 2018-ci ilin hesabat dövründə Azərbaycandan Ukraynaya 257 milyon 689 min 69 dollar dəyərində məhsul ixrac olunub. Ötən dövrdə  Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 359 milyon 49 min 70 dollar təşkil edib.