logo

“Az-Granata” istehsal etdiyi alkoqolsuz şərabı satışa çıxarıb

15:51 15-11-2018 | icon 2912
“Az-Granata” istehsal etdiyi alkoqolsuz şərabı satışa çıxarıb

Ağsuda fəaliyyət göstərən “Az-Granata” şirə və şərab emalı zavodu istehsal etdiyi alkoqolsuz şərabı satışa çıxarıb.

YeniAvropa xəbər verir  ki, bu haqda şirkətdən məlumat verilib. Qeyd edilib ki, müəssisədə Mədrəsə üzüm sortundan hazırlanan “Rübai” qırmızı alkoqolsuz şərab çoxlarının marağına səbəb olub. Zavodun istehsalı olan “Bayan Şirə” üzüm sortundan hazırlanan “Kəhrəba” adlı ağ şərab, “Mədrəsə” və “Muskat” üzüm sortundan hazırlanan “Rübai Roze” adlı çəhrayı şərab da satışa çıxarılıb.

Qeyd edək ki, zavodda içkinin tərkibindəki alkoqol Almaniyanın “Schmidt” firmasının istehsalı olan vakuum qurğusu ilə ayrılsa da, şərab özünəməxsus spesifik ətir və dadını qoruyub saxlayır.

Müəssisədən verilən məlumata görə, yaxın günlərdə alkoqolsuz nar şərabı da istehsal olunacaq.