Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 24 milyon 195 min 372 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. On ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 12 milyard 923 milyon 328 min ABŞ dolları olub.
AZƏRTAC xəbərə verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 16 milyon 977 min 159 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 6 milyard 539 milyon 344 min dollar təşkil edib.