Cari ilin on ayında Azərbaycandan 6 milyard 184 milyon 175 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK)YeniAvropa-ya verilən məlumata görə, yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 209 milyon 621 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, keçən ilin eyni aylarında ölkədən 5 milyard 649 milyon 24 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 1 milyon 705 min dollar olub.