Bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə manatın məzənnəsinin sabitliyi qorunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev noyabrın 15-də Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda deyib.
Alim Quliyev bildirib ki, bu il ölkədə makroiqtisadi sabitlik təmin edilib. İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq.