logo

Azərbaycanda banklararası əməliyyatların həcminin 255 milyard manata çatacağı gözlənilir

13:07 15-11-2018 | icon 3003
Azərbaycanda banklararası əməliyyatların həcminin 255 milyard manata çatacağı gözlənilir

Bu ilin sonunadək banklararası ödəniş sistemləri ilə aparılan əməliyyatların həcminin 255 milyard manata çatacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev "Nağdsız iqtisadiyyat: Ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" III Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə banklararası ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi 85 milyard manat, 2017-ci ildə isə 210 milyard manat təşkil edib. Bu ilin sonunadək isə bu rəqəmin 255 milyard manat olacağı proqnozlaşdırılır.