Bakıda E-Commerce 1.0 forumu keçiriləcək
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan Shop.az-ın birgə təşkilatçılığı ilə E-Commerce 1.0 forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Agentlikdən bildirilib. Qeyd edilib ki, tədbirin məqsədi dövlət nümayəndələrini, pərakəndə satış və çatdırılma şirkətlərini, marketinq agentliklərini, ödəmə platformalarını və digər e-ticarət mühitinin iştirakçılarını bir araya gətirərək onlara bu istiqamətdə davamlı inkişaf üçün konstruktiv həll yolları təqdim etməkdir.
Özəl sektoru hədəfləyən elektron ticarətə həsr olunmuş tədbirdə e-ticarət sahəsində nailiyyətlər əldə etmiş Hepsiburada.com, Alibaba.com kimi irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşəcəklər.
Qeyd edək ki, innovasiyalar ekosisteminin bütün komponentlərini özündə birləşdirən “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.
Tədbirin təşkilatçısı və ideya müəllifi olan "Shop.az" yerli pərakəndə satış şirkətlərini və onların məhsullarını müştərilərin rahat seçiminə təqdim edən e-ticarət platformasıdır. Shop.az peşəkar komandası ilə daim innovativ həllərlə çıxış edir və bu sahədə daha ciddi dəyər yaradan şirkət olmaq missiyasını daşıyır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb