"Bakcell"in baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın telekommunikasiya və innovasiya sahəsinə həsr olunan ən nüfuzlu tədbirlərində fəal iştirak edir.
YeniAvropa xəbər verir ki, “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers dünyanın aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri ilə birgə“Total Telecom Congress”beynəlxalq konfransında növbəti dəfə bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Böyük Britaniyanın London şəhərində keçirilmiş tədbir telekommunikasiya sənayesində strategiyanın hazırlanması, innovasiyaların tətbiq edilməsi və əməkdaşlığın qurulmasına həsr edilib.
Rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün tələb olunan korporativ strategiya və strukturun təkmilləşdirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində çıxış edən Nikolai Beckers, telekommunikasiya sahəsində baş rəqəmsaldirektor vəzifəsinin rolunun artması, iş mühitinin proqram təminatı vasitəsilə təkmilləşdirilməsi, rəqəmsal investisiya strategiyaları, yeni əməliyyat modelləri, təcrübəli rəqəmsalxidmət təchizatçılarının məsləhətləri və daxili proseslərin avtomatlaşdırılması barədə danışıb. Paneldə həmçinin “Facebook”unsənaye lideri, texnologiya və telekommunikasiya üzrə direktoru DaniyelAuqsten,“Cable &Wireless”şirkətinin transformasiya üzrə baş direktoru Kristian Rotter, “OTE Group” şirkətinin transformasiya və topdan satış direktoru YannisKonstantinidis iştirak edib.
Tədbir zamanı "Bakcell" şirkətinin baş icraçı direktoru “Total Telecom”un "YouTube" kanalı üçün geniş müsahibə verərək telekommunikasiya şirkətləri üçün rəqəmsal transformasiyanın faydası, müştəri təcrübəsi strategiyaları, təşkilati strukturunun dəyişdirilməsinin vacibliyi və Bakcell şirkətinin növbəti 12-24 ay üçün planları barədə danışıb.
“Bu gün rəqəmsallaşma bütün telekommunikasiya sahəsinin ən vacib mövzularındandır. Fikrimcə, effektiv şəkildə həyata keçirilməsi üçün rəqəmsal transformasiya təşkilatın ayrı-ayrı departamentlərində tətbiq edilməlidir. İlk növbədə, rəqəmsallaşdırma telekommunikasiya şirkətinin əsas fəaliyyət növləri və şəbəkədə başlanılmalıdır. Həmçinin, müştərilərlə təmas zamanı da rəqəmsal alətlərdən istifadə olunmalıdır ki bu proses daha rahat və effektiv tərzdə həyata keçirilsin. Rəqəmsallaşma tələb edən digər sahə isə şirkətin mədəniyyətidir. Ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda şəbəkə və marketinq fəaliyyəti ilə paralel olaraq innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Operatorlar öz əsas fəaliyyət növündə effektiv olmaqla yanaşı daha çevik olmalıdırlar. Rəqəmsallaşma müştərilərin tələb və ehtiyaclarının daha effektiv və operativ şəkildə qarşılanmasında faydalı olacaq. Həmçinin, rəqəmsallaşma yeni bir düşüncə tərzi və təşkilatda çalışan əməkdaşların müasir yanaşmasını tələb edir. Bu isə o deməkdir ki, insanlar daha sərbəst olmalı və qarşılarına konkret məqsədlər qoyulmalıdır”, -deyə Nikolai Beckers bildirib.
Müsahibənin tam versiyasını bu linkdən istifadə etməklə “Total Telecom”unYouTube kanalında izləmək olar:http://bit.ly/bakcell
Nikolai Bekers "Bakcell"in baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub.Bundan əvvəlo, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb