“Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib
Noyabrın 14-də Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib.
YeniAvropa xəbər verir ki, tədbir Amerika səfirliyinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və USAID-in tərəfdaşı olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən təşkil olunub.
Konfransda qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mühüm rolu barədə müzakirələr aparılıb.
Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov bildirib ki, hazırda USAID qadın sahibkarlara dəstək göstərən bir neçə layihəni maliyyələşdirir. Bu layihələr biznes inkişaf təlimlərini, kiçik startuplara yardım və qadın resurs mərkəzlərini əhatə edir. Həmin layihələr Azərbaycanda müxtəlif yaşda olan qadınlara öz bizneslərini yaratmağa kömək edəcək.
ABŞ-n Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil qeyd edib ki, qadınların iqtisadiyyatda aktivliyinin artırılması ABŞ hökumətinin qlobal gender bərabərliyinə dair siyasətinin əsas elementlərindəndir, habelə iqtisadi inkişafın və icma dayanıqlığının mühüm aspektlərindəndir.
Kiçik və Orta Biznes Agentliyinin sədr müavini Nadir Adilov bildirib ki, kiçik və orta biznesin inkişafı üçün yaradılan “KOB evləri”ndə qadın sahibkarların inkişafı üçün “bir pəncərə” sistemi formalaşacaq.
N.Adilov vurğulayıb ki, qadın sahibkarlarımız “KOB dostları” şəbəkəsinə müraciət etməklə onları maraqlandıran sualları, problemləri həll edə bilərlər.
Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva bildirib ki, assosiasiyasının yaradılması məhz qadın sahibkarların inkişafı üçün geniş imkanlar yaradıb.
Sonra konfrans işini panel iclası ilə davam etdirib.
Panel iclasda “Qadın sahibkarlığının Azərbaycanda inkişafı yolları” mövzusu ətrafında müzakirələr aparılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb