Bu il oktyabrın 31-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana dövlət borcu əvvəlki aylarla müqayisədə dəyişməz olaraq qalıb. Hazırda Gürcüstanın Azərbaycana 7,976 milyon ABŞ dolları həcmində borcu var.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 102,061 milyon dollar təşkil edir. Bu məbləğin 4 milyard 977,670 milyon dolları hökumətin payına düşür.
Gürcüstanın ən çox borcu Almaniyayadır - 273,183 milyon dollar. Siyahıda ikinci yerdə 209,362 milyon dollarla Yaponiya, üçüncü yerdə isə 189,168 milyon dollarla Fransa gəlir.
Bundan əlavə, qonşu ölkənin Türkiyəyə 15,297 milyon, Rusiyaya isə 63,567 milyon dollar borcu var.