Polşanın paytaxtı Varşavada noyabrın 14-dən 18-nə kimi ənənəvi “Milli ərzaqlar yarmarkası” keçiriləcək.
YeniAvropa xəbər verir ki, yarmarkada milli mətbəxləri və qida məhsulları ilə Azərbaycan, Macarıstan, İtaliya və Yunanıstan iştirak edəcək.
Şəhərin ən böyük ticarət mərkəzlərindən birində keçiriləcək yarmarkada yalnız bioloji təmiz məhsullar nümayiş etdiriləcək. Bura bal, çörək növləri, ət və ət məhsulları, ev şirniyyatları, meyvə və tərəvəzlər, balıq məhsulları daxildir. Nümayiş olunan bütün məhsulları dequstasiya etmək və almaq mümkün olacaq. Həmçinin istehsalçılarla birbaşa əməkdaşlıq qurmaq imkanı da yaradılacaq.