AYİB Azərbaycanda özəl sektorda 157 layihəni maliyyələşdirib
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu barədə iqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in vitse-prezidenti xanım Betsi Nelson ilə görüşündə deyib.
AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duratenin də iştirak etdiyi görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb, AYİB-in Şərqi Avropa və Qafqaz üzrə yeni icraçı direktoru Matteo Patron Azərbaycan tərəfinə təqdim edilib.
İqtisadiyyat naziri qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycanın prioritetləri olduğunu diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilən islahatlar, eləcə də bu ilin yanvar-sentyabr ayları üzrə əsas makroiqtisadi göstəricilər barədə məlumat verib. Şahin Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və s. sahələrə dəstək göstərdiyini vurğulayıb.
Qeyd olunub ki, AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb. Azərbaycan və AYİB-in əməkdaşlıq etdiyi mühüm layihələrdən olan TANAP layihəsi Avropanın enerji təminatında önəmli olacaq.
AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Şahin Mustafayev Azərbaycanın AYİB ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib, bankla özəl sektor arasında əlaqələrin inkişafının, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əlaqələrin qurulmasının AYİB-lə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını diqqətə çatdırıb.
AYİB-in vitse-prezidenti Betsi Nelson bankın ölkəmizlə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan iqtisadi islahatların təqdirəlayiq olduğunu vurğulayıb. Betsi Nelson AYİB-in ölkəmizdə reallaşdırılan layihələrin maliyyələşdirilməsini davam etdirəcəyini, özəl sektorla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb