“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. festivalı teatrsevərlərə unudulmaz anlar bəxş edib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkəti 6-11 noyabr tarixlərində Bakıda "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən keçirilən ikinci M.A.P. Beynəlxalq Teatr Festivalının baş sponsoru olub.
YeniAvropa xəbər verir ki, “Bakcell artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsorudur. "Keçən il olduğu kimi, bu ilin tamaşaları da böyük uğur qazanıb və bütün yaş qruplarında olan teatr və performans həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Fikrimcə, bu festival həm yerli, həm də beynəlxalq müstəvidə olduqda vacib bir tədbirdir. Yüksək səviyyədə təşkil edilmiş bu təşəbbüsə görə YARAT Müasir İncəsənət Məkanına Bakcell adından təşəkkürümüzü bildirmək istərdim. Bakcell şirkəti Azərbaycanda musiqi və incəsənətin inkişafına və ölkənin gəncləri arasında mədəniyyət və incəsənətin təblığ edilməsinə töhfə verməyə davam edəcək”, -deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers qeyd edib.
Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. (musiqi, incəsənət və performans) festivalı tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonu ilə tanış olmağa kömək etmək məqsədilə özündə müxtəlif teatr nümunələrini birləşdirir. Bu ilki festival çərçivəsində İtaliya, Danimarka, Estoniya, Almaniya, İran, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim olunub. Festival zamanı nümayiş etdirilmiş unikal tamaşalar ictimaiyyətin böyük marağına səbəb olmaqla Azərbaycanın teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib. Tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməsinə və fikir mübadiləsi aparmasına imkan yaradıb.
“Biz qarşımıza incəsənət vasitəsilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən, insanları bir araya gətirən və dünyanın müxtəlif yerlərindən müasir teatr tamaşaları ilə tanış olmağa imkan verən festival keçirmək məqsədi qoymuşduq. Bu ilki M.A.P. festivalının uğuru bir daha göstərdi ki bütün yaş təbəqələrinə aid Azərbaycan tamaşaçılarının müxtəlif teatr janrlarına böyük marağı var. Bu, ölkəmizdə incəsənət və mədəniyyətin inkişafına yönəlmiş fəaliyyətimizi davam etdirmək üçün bizə əlavə stimul verir. M.A.P. Festivalını növbəti dəfə dəstəklədiyi üçün “Bakcell”ə öz dərin təşəkkürümü bildirirəm. Artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsoru qismində çıxış etməsi Bakcell şirkətinin Azərbaycanda incəsənət və mədəniyyətin inkişafına verdiyi töhfənin bariz nümunəsidir”, -deyə “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki bildirib.
Azərbaycanın payız təqvimində əlamətdar yer tutmuş M.A.P. festivalı teatrın Azərbaycanın mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarmasına xidmət edib.
Qeyd edək ki, milli telekommunikasiya operatoru olan "Bakcell" ölkədə irimiqyaslı və nüfuzlu mədəniyyət layihələrinə daim dəstək göstərir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb