logo

Ötən ay bəzi ərzaq məhsullarının qiymətləri bahalaşıb

11:57 13-11-2018 | icon 2968
Ötən ay bəzi ərzaq məhsullarının qiymətləri bahalaşıb

Cari ilin oktyabr ayında sentyabra nisbətən ərzaq məhsullarının qiymətləri bahalaşıb.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya  bildirilib ki, ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma olub.

Manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində dəyişikliklər baş verməyib.