Noyabrın 12-də səhər saatlarından başlayaraq Qəbələ rayonuna 5 santimetrdən çox qar yağıb.
YeniAvropa xəbər verir ki, qar rayonun dağlıq kəndləri olan Laza və Durcaya düşüb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağan qar kənd təsərrüfatına hər hansı ziyan vurmayıb. Bildirilib ki, səhər saatlarından başlayan qar hələ də yağmağa davam edir.