logo

Lənkəranda leysan yağdı, FHN 38 nəfəri təxliyə etdi

13:40 12-11-2018 | icon 2114
Lənkəranda leysan yağdı, FHN 38 nəfəri təxliyə etdi

Noyabrın 12-də səhər saatlarından başlayaraq, Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər su ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) YeniAvropa-ya  bildiriblər ki, nazirliyin “112 - qaynar xətti”nə daxil olmuş müraciətlərlə əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb edilib. Həyətyanı sahələrin su ilə dolması nəticəsində köməksiz qalan 38 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.