logo

Sinoptiklərdən yağışlı hava  xəbərdarlığı

17:11 10-11-2018 | icon 2296
Sinoptiklərdən yağışlı hava  xəbərdarlığı

Sinoptiklər ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildiriblər ki, noyabrın 11-i axşam və 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.

Azərbaycanın rayonlarında noyabrın 11-i günün ikinci yarısından 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı bildirilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.