Xalq artisti Amaliya Pənahova son mənzilə yola salınıb
Noyabrın 9-da müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova son mənzilə yola salınıb.
YeniAvropa xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınında təşkil olunan vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev mərhum sənətkarın Azərbaycan teatr və kinosunun inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı bənzərsiz obrazlar qalereyasından, onun insani keyfiyyətlərindən söz açıb.
Bildirilib ki, müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Amaliya Pənahova zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. O, təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin tarixi ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib.
Nazir deyib ki, Amaliya Pənahova Azərbaycan Dövlət Teatr İnstitutunun ikinci kursunda oxuyarkən mərhum rejissor Tofiq Kazımovun dəvəti ilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında hazırlanmış tamaşada Nargilə rolunu oynayıb. Bu rol ona çox böyük şöhrət qazandırıb. O, tələbə ikən tanınıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. Yaratdığı bənzərsiz obrazlarla milyonların sevimlisinə çevrilmiş sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanıb, sənətsevərlərin qəlbinə yol tapıb. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir.
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Amaliya Pənahova həm də məşhur kino ustası olub. O, onlarla filmdə müxtəlif xarakterli obrazlar qalereyası yaradıb.
Ə.Qarayev deyib ki, Amaliya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə Bakı Bələdiyyə Teatrı fəaliyyətə başlayıb. Bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Ötən müddət ərzində bu teatr nəinki ölkəmizdə, həm də yaxın, uzaq məmləkətlərdə Azərbaycanı layiqincə təmsil edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Amaliya Pənahovanın teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirdiyini bildirən nazir vurğulayıb ki, o, respublikada gənc aktyorlar nəslinin yetişməsi üçün böyük əmək sərf edib.
Amaliya Pənahovanın ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulayan Ə.Qarayev deyib ki, o, ikinci çağırış Milli Məclisə deputat seçilərək mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə öz töhfəsini verib.
Vida mərasimində xalq artistləri Hacı İsmayılov və Rafael Dadaşov sənət dostları Amaliya Pənahova ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatr sənətinin inkişafı naminə gördüyü işlərdən söz açıblar.
Mərhumun ailəsi adından çıxış edən oğlu İlqar Muxtarov anasının xatirəsinə göstərilən ehtirama görə hamıya minnətdarlığını bildirib.
Sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.
Amaliya Pənahova “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun yanında dəfn olunub.
Allah rəhmət eləsin!
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb