Azərbaycan məhsulları Çinin iri market şəbəkələrində satılır
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, ölkəmizdə biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, bu sahədə aparılan islahatlar və özəl sektora dəstək mexanizmləri barədə məlumat verib, “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yüksəldiyini vurğulayıb. Görüşdə “Greenland” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib və qeyd olunub ki, şirkətin fəaliyyəti daşınmaz əmlak, tikinti, beynəlxalq ticarət, maliyyə, otellər, supermarketlər və s. kimi xidmət sahələrini əhatə edir.
Tərəflər “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə, həmçinin “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 milyon ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 milyon ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.
Görüşdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədri Rauf Vəliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyəti sədrinin müavini Elşən Əsədov, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.
Sonra Azərbaycan nümayəndə heyəti “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonunun açılışında iştirak edib. Qeyd edək ki, “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək. Məlumat üçün bildirək ki, noyabrın 7-dən etibarən Azərbaycan məhsullarının Çinin “DIG” marketlər şəbəkəsində də satışına başlanılıb.
Azərbaycan nümayəndə heyəti həmin gün Şanxayda keçirilən “Qlobal ticarət və beynəlxalq logistika” Forumunda iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Kəmər və Yol” strategiyası qlobal miqyası və iqtisadi əhatəsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan “Kəmər və Yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Qeyd edilib ki, Avrasiya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin intensivləşməsi beynəlxalq yükdaşımalarının artmasını təmin edir. Avrasiya regionunda ticarətin davamlı inkişafının əsas şərtlərindən biri səmərəli nəqliyyat əlaqələrinin həyata keçirilməsidir və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı bu məsələdə xüsusilə önəmlidir. Bu baxımdan, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu ilin əvvəlində Pekində və Sianda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair təqdimatların keçirildiyini xatırladan Şahin Mustafayev diqqətə çatdırıb ki, tədbir iştirakçıları tərəfindən bu dəhlizin “Kəmər və Yol” təşəbbüsünün həyata keçirilməsi və Avrasiya regionunda beynəlxalq ticarətin inkişafı üçün önəmi qeyd edilib. İqtisadiyyat naziri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlükləri barədə forum iştirakçılarını məlumatlandırıb, yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması üçün Azərbaycanın geniş tranzit imkanlarına malik olduğunu vurğulayıb. Bildirilib ki, dəhlizin əhatə etdiyi ölkələrdə infrastrukturun yaxşılaşdırılmasına irihəcmli investisiyalar yatırılıb, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi təhlükəsiz, məsafə və vaxt baxımından qısadır, regional əməkdaşlıq layihəsidir və iştirakçı ölkələrin iqtisadi maraqlarına uyğundur.
“Qlobal ticarət və beynəlxalq logistika” Forumu təqdimat və müzakirələrlə başa çatıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb