Türk Hava Yolları 2019-cu ilin fevral ayından Bakıdan Ankaraya birbaşa reyslərə başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Türk Hava Yollarının satış direktoru Harun Baştürk deyib.
O bildirib ki, Türk Hava Yolları Bakıdan Türkiyənin İzmir, Antalya və Ankara şəhərlərinə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır və bu istiqamətdə danışıqlar aparılır.